Menu

Natiq Ədilov baş verənlərə aydınılıq gətirdi - Yenilənib

08.09.2014, 16:23
Natiq Ədilov baş verənlərə aydınılıq gətirdi - Yenilənib

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov Facebook səhifəsində bu gün onunla bağlı yaranmış narahatçılığa aydınlıq gətirib:

"Dəyərli dostlar, əziz yoldaşlar

Bu gün mənə görə keçirdiyiniz narahatlığa görə çox sağ olun, vəziyyət o qədər də dəhşətli deyil.

Baş verənlər budur: bizim balacanın səhəttində problem var, hələ Muradın həbsindən əvvəl onu müalicəyə aparmalıydıq. Murad tutuldu və həmin günün səhərisinə olan biletlərimizi ləğv etməli olduq.

Nəhayət, qərara gəldik ki, Tiflisə gedək və orda müayinə olsun. Qatara bilet aldıq. Böyük Kəsik stansiyasında sərhədçilər sənədləri yoxladılar və bildirdilər ki, sizin pasportun fəaliyyəti dayandırılıb. Camaatın bank hesabın dondururlar mənim pasportumu ))

Soruşdum, qardaşlar belə bir şey nə deməkdi, bu mənim başıma gəlib ya əvvəl də belə hal olub.

Dedilər, olub, sən tək deyilsən.

Tələb etdim ki, o zaman mənim qatardan endirilməyimlə bağlı akt verilsin. Verdilər. Orda da yazılır ki, pasport fəaliyyətsiz olduğu üçün sərhəddən buraxılmır.

Əlavə olaraq öyrəndim ki, pasportumla bağlı avqust ayından DİN belə bir göstəriş verib.

Bu hadisənin icmalı.

İndi isə gələk izaha.

Deməli belə çıxır ki, hələ ki, heç bir bəhanə olmasa belə hökumət məni nə vaxtsa tutmaq qərarı verib. Ona görə hər etimala qarşı belə qərar verilib ki, istəyəndə tutsunlar.

Yoxsa, hələ ki, heç bir cinayət ittihami irəli sürülməmiş şəxsin xarici pasportunu ləğv etmək nə deməkdir? Bu həbslərin planlı olduğunun sübutu deyilmi?

Nəhayət, mən soruşmaq istəyirəm: axı ilk gündən deyirəm, mənim azadlıqda olmağım hakimiyyəti narahat edirsə, niyə həbs edib bu problemdən qurtarmırlar. Nə vaxta qədər ailə, uşaq məsələsi ilə rəqiblərin üstünə gələcəksiniz?

Yaranan problemlə bağlı günü sabah nazir Usubova müraciətim olacaq, eyni zamanda vəkillərin iştirakı ilə məhkəmə iddası qaldıracağam.

Hər kəsə təşəkkürlər".

* * *

"Azadlıq.info saytının yaydığı məlumata görə, N.Ədilovdan xəbər var. Telefonunda nasazlıq yarandığından onunla bir müddət əlaqə saxlamaq mümkün olmayıb.

Musavat.com-un əldə etdiyi xəbərə görə, axtarıldığı müddət ərzində N.Ədilov yorğun olması səbəbindən yatırmış. 

* * * 

Sentyabrın 8-də AXCP mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzeti və «Azərbaycan Saatı» proqramının əməkdaşı Natiq Ədilov Gürcüstana getmək istəyərkən «Sınıq körpü» gömrük postundan buraxılmayıb.

Bu haqda AzadlıqRadiosuna partiyanın Qazax rayon şöbəsinin sədri Sabir Mikayılov məlumat verib.

Şöbə sədrinin sözlərinə görə, Gürcüstana buraxılmayan Natiq Ədilov bir neçə yerli cəbhəçinin dəvəti ilə Qazax rayonuna yola düşüb. Bir müddət sonra isə onlarla əlaqə kəsilib.

Sabir Mikayılov deyir ki, bir neçə saatdır nə Natiq Ədilov, nə də onunla birlikdə olan digər cəbhəçilərin telefonuna zəng çatır, ona görə onların saxlanıldığını ehtimal edirlər:

«EHTİMAL EDİRİK Kİ, ONLARI SAXLAYIBLAR»

«Natiq bizim üzvlərimizdən birinə zəng vurub, bildirib ki, onu gömrükdən buraxmayıblar. Həmin üzvümüz də gedib gömrüyə, onunla görüşüb. Gömrükdən mənə zəng vurub dedi ki, Natiqi avtomobillə götürüb, rayona, evlərinə aparır. Bundan sonra bir neçə saatdır ki, nə Natiqə, nə də onun yanında olan digər şəxslərə zəng çatır. Ehtimal edirik ki, rayona getmək istəyərkən onları saxlayıblar».

Qazax Rayon Polis Şöbəsindən AzadlıqRadiosuna Natiq Ədilov və digər AXCP üzvlərinin saxlanmasından xəbərsiz olduqlarını bildirdilər.

Bir müddət əvvəl Natiq Ədilovun qardaşı Murad Ədilov həbs olunub. O, narkotik ittihamı ilə saxlanıb. Natiq Ədilov qardaşının şərlənərək həbs olunduğunu, bunun qardaşıyla özünün siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol