Menu

"Putin Berlin divarını yenidən tikmək istəyir"

08.09.2014, 16:32
"Putin Berlin divarını yenidən tikmək istəyir"

"Daily Telegraph" qəzeti yazır ki, Dalay Lama Vladimir Putini kəskin tənqid edib.

O, deyib ki, Putin özünə qapanıb, elə “mən, mən, mən" deyir. Almaniyanın "Welt am Sonntag" qəzetinə müsahibə verən Dalay Lama deyir ki, “Putin belə görünür ki, Berlin divarını yenidən tikmək istəyir”.

Azadlıq radiosunun məlumatına görə, Dalay Lamanın fikrincə, təcrid olunma Rusiya üçün intihardır.

"Daily Telegraph" yazır ki. Dalay Lamanın Rusiya və Çini müqayisə edərək üstünlüyü Çinə verməsi isə gözlənilməz olub. Çünki Çin Tibeti 1950-ci ildə tutub, o vaxtdan Dalay Lama sürgün həyatı yaşayır.

Dalay Lama deyir ki, Çin dünya siyasi sisteminin bir hissəsi olmaq istəyir və dünyadakı qaydaları uzun müddətə qəbul etməyə hazırdır. Müasir dünyanın dəstəyi ilə Çin demokratik ölkəyə çevrilir.

Dalay Lama bildirir ki, o, bunları Putin və Rusiya haqda deyə bilməz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol