Menu

İranda silahlıların hücumu zamanı üç hərbçi həlak olub

09.07.2019, 22:07
İranda silahlıların hücumu zamanı üç hərbçi həlak olub

İranın qərbində silahlıların hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun 3 hərbi qulluqçusu həlak olub.“Report” xəbər verir ki, bu barədə “Mehr” agentliyi bildirib.

Bildirilir ki, hadisə Qərbi Azərbaycan vilayətində, Piranşahr şəhərində baş verib. Hücum zamanı həmçinin daha 1 hərbi qulluqçu yaralanıb.

Bildirilir ki, silahlılar hərbi qulluqçuların nəqliyyat vasitəsinə atəş açıblar. Cavab atəşi ilə 3 silahlı öldürülüb, daha 1 silahlı yaralanıb

Şərhlər

yalçın 2019-07-09 22:07:31

silahlı yox, savaşçı..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol