Şəki-Bakı xətti üzrə hərəkət edən mikroavtobus aşıb, xəsarət alanlar var.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.
İdarəetmədən çıxan mikroavtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində yaralılar Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
[gallery columns="4" size="full" ids="532546,532547,532548,532549"]


Şərhlər