Menu

Bu ilin 6 ayında Bakıda yol qəzalarında 77 nəfər ölüb

10.07.2019, 16:37
Bu ilin 6 ayında Bakıda yol qəzalarında 77 nəfər ölüb

Bu ilin 6 ayı ərzində Bakıda qeydə alınan 244 yol-nəqliyyat hadisəsində 77 nəfər ölüb. “Report” xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin əməliyyat işləri üzrə müavini, polis general-mayoru Elxan Həsənov Bakı Şəhər Baş Polis İdarəsində car ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini, əməliyyat-xidməti fəaliyyətinin digər sahələrində görülən işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş əməliyyat müşavirədə deyib.

O qeyd edib ki, hesabat müddətində 216 şəxs müxtəlif dərəcəli xəsarət alıb: “Ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 17,6 faiz, ölənlərin sayı 23 faiz, yaralıların sayı isə 15,6 faiz azalıb”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol