Menu

Türkiyə müdafiə naziri Bakıya gəlir

08.09.2014, 21:04
Türkiyə müdafiə naziri Bakıya gəlir

İsmət Yılmaz ADEX-2014 I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılacaq

Türkiyənin müdafiə naziri İsmət Yılmazın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 10-da Bakıya gələcək.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Türkiyənin müdafiə naziri Bakıda sentyabrın 11-də işə başlayacaq ADEX-2014 I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılacaq.

Nümayəndə heyətində Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndələri ilə yanaşı Müdafiə Sənayesi Katibliyinin (SSM) rəhbəri İsmail Dəmir və bu qurumun əməkdaşları da təmsil olunacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol