Menu

Qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək

12.07.2019, 17:38
Qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata görə, iyulun 12-də axşam qərb rayonlarından başlayaraq küləyin güclənməsi müşahidə edilir.

Küləyin maksimal sürəti Gəncədə saat 16:08-16:20 radələrində 23-28 m/s, Tovuzda 26 m/s, Ağstafada 16-18 m/s, Şəmkirdə qərb küləyi 22 m/s-yə çatıb. Gədəbəydə 16:02-16:03 radələrində diametri 11 mm olan dolu qeydə alınıb.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti iyulun 14-ü gündüzədək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol