Menu

FHN əməkdaşları batma təhlükəsi ilə üzləşən 7 nəfəri xilas edib

13.07.2019, 11:00
FHN əməkdaşları batma təhlükəsi ilə üzləşən 7 nəfəri xilas edib

Sumqayıt, Zağulba, Lökbatan və Buzovna çimərlik və qeyri-çimərlik (nəzarətsiz) ərazidə 7 nəfər çimərkən batma təhlükəsilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həmin şəxslərin həyatı xilas edilib.

Xilas edilən şəxslərdən 4 nəfəri xarici ölkə vətəndaşı olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol