Menu

NATO Ukraynanı silahlandıracaq

09.09.2014, 09:15
NATO Ukraynanı silahlandıracaq

Poroşonko bildirib ki, silahlanma ordunun müdafiəsinə və qalib gəlməsinə gətirəcək

Kiyev Şimali Atlantik alyansının bir neçə üzvü ilə birbaşa silah təchizatı barədə razılaşma əldə edib.

ANS-in məlumatına görə, prezident Petro Poroşenko bu barədə Mariupolda hərbçilərlə görüşü zamanı deyib.

“Bir sıra NATO ölkələri ilə müasir silahların bir başa təchizatı barədə danışıqlar aparılıb ki, bu da bizə müdafiə olunub qalib gəlməyə kömək edəcək”- deyə prezident bildirib.

“Düzdü biz yalnız özümüzə güvənirik, lakin maliyyə və tüxniki-hərbi kömək vacibdir və biz onu alacağıq”- deyə o əlavə edib.

Qeyd edək ki, 7 sentyabrda “Petro Poroşenko Bloku” partiyasının, Ukrayna prezidentinin müşaviri Yuriy Lusenko öz “Facebook” səhifəsində yazıb ki, Ukrayna ABŞ, Fransa, İtaliya, Polşa, Norveçdən silah təchizatı barədə razılıq əldə edib. Xəbər yayıldıqdan sonra qərb KİV-ləri bildirdi ki, adı çəkilən dövlətlər məlumatı təkzib edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol