Türkiyə Müdafiə Nazirliyi içərisində Rusiya istehsalı olan S-400 zenit-raket kompleksinin yeni detalları olan 6-cı təyyarənin bu gün ölkəyə gətirildiyini açıqlayıb.
"AzPolitika" Türkiyə telekanalarına istinadən xəbər verir ki, S-400 sistemlərinə aid avadanlığın Mürted avibazasına endirildiyi bildirilir. Türkiyənin Müdafiə Nazirliyi S-400 zenit-raket kompleksinin detallarının planlaşdırıldığı şəkildə ölkəyə gətirildiyini açıqlayıb.
Məlumatda altıncı və yeddinci təyyarələrin gün ərzində gətiriləcəyi qeyd edilir.
Qeyd edək ki, Türkiyənin Müdafiə Nazirliyi S-400-lərin ilk partiyasının iyulun 12-də ölkəyə gətirildiyini elan etmişdi.




Şərhlər