Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir.
Dövlət Komitəsindən verilən məlumata görə, QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində “Mister Tum” MMC-nin stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlaması aşkar edilib.
QKDK “Mister Tum” MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.


Şərhlər