Ağstafada yol qəzası baş verib, ölən və yaralananlar var

Ağstafa rayonunda yol qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Yuxarı Göycəli kənd ərazisində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində Qazax rayon İkinci Şıxlı kənd sakini, 1991-ci il təvəllüdlü İsmət Mahmud oğlu Hacıyev ölüb. Onun həmyerliləri - 1991-ci il təvəllüdlü Nicad Rafiq oğlu Şamxalov və 1994-cü il təvəllüdlü Fuad Elman oğlu Məmmədov isə müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar