Menu

"BDU-da edilən son dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var" - Rektor

16.07.2019, 11:13
"BDU-da edilən son dəyişikliklərə açıq şəkildə müqavimət göstərənlər var" - Rektor

"Son aylar ərzində Bakı Dövlət Universitetində edilən dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır. Hətta buna açıq şəkildə müqavimət göstərənlər də var".

"Report" xəbər verir ki, bunu universitetin rektoru Elçin Babayev deyib.

O bildirib ki, məqsəd BDU-nu tamamilə yeni bir səviyyəyə qaldırmaqdır: "Mətbuat və informasiya sahəsində işimizi yenidən qurmaq üçün digər təcrübələri öyrənib, ciddi islahatlara hazırlaşırıq".

Rektor qeyd edib ki, universitetlər piar sahəsində rəqabət aparmalıdır: "Amma bu rəqabət sağlam olmalıdır. Təəssüf ki, bəzən bu rəqabət əndazəsindən çıxır, istər-istəməz digər söhbətlərin yaranmasına səbəb olur. Bu isə bütövlükdə deyərdim ki, Təhsil Nazirliyi sistemində apardığımız ümumi işə kölgə gətirir. Bu mənada universitetləri həmrəyliyə çağırıram. Təbii ki, hər bir universitetin özünəməxsus inkişaf strategiyası var. Amma bu strategiya ölkədə təhsilin, gəncliyin formalaşmasına xidmət etməlidir. Amma ümumilikdə həmkarlar arasında müəyyən etik məsələləri də gözləmək lazımdır".

Şərhlər

t.ədalət 2019-07-16 11:13:00

VƏTƏNDAŞA:Azərbaycanın başqa bölgələrində "milli sərvətlər" yetişmir?Sizin deməyinizdən belə çıxır ki,yaxşılar ancaq Naxçıvanda doğulur.Bəsdirin,Azərbaycanı yerliçilik azarı ilə bədbəxt etdiniz!Əsasən etniklər,milli azlıqlar yerliçilik edirlər.Türk xalqına rayonlar üzrə ayrı-seçkilik etmək yaraşmaz!Bu xəstəlikdən qurtulmağın vaxtı çatmamışdırmı?

вэтэнсевэр 2019-07-16 11:13:00

Только слабых смиряет и подавляют неудачи, великие характеры взлетают над ними

ГАЧГЫН 2019-07-16 11:13:00

В жизни встречается очень немного легких успехов и оканчательных неудач,

vətəndaş 2019-07-16 11:13:00

BİR valideyn kimi deyirəm: ay millətim,- Elçin Babayev Azərbaycan xalqının milli sərvətidir-çox ləyaqətli, alicənab, vətənpərvər, gəlin ona uğurlar arzulayaq, xeyrini bütün ölkəmiz görsün.

t.ədalət 2019-07-16 11:13:00

Müqavimət,elə bilirəm ki,iki dəstə: Naxçıvan və ermənistanlılar arasındadır.Abel BDU-nu amasiyalılarla doldurmuşdu.Görünür,yeni rektor da yerləri naxçıvanlılar arasında bölüşdürmək istəyir.Bu da ermənistanlıların müqavimətinə tuş gəlir..

Ali 2019-07-16 11:13:00

Nə PR nə zad, ay kişi? Heç dəxli var? Nə olsun ki, sizə bu vəzifəni təklif etmişdilər? Deyərdiniz ki, astronomsunuz, alimsiniz, sizi Rəsədxanaya direktor təyin edərdilər. İmtina edə bilməzdiniz? Niyə siz, Ceyhun bəy, Mikayıl bəy, İnam bəy səriştəli mütəxəssis olmadığınız sahələrə rəhbər təyin olunmağınıza razılıq verdiniz? Xaricdə hətta restorana baş aşpaz təyin olunanada belə bu sahədə 10 illik uğurlu təcrübə tələb edirlər.Olkəni hara sürükləyirsiniz, diletantlar-"nuversal menecerlər"?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol