Menu

Xaricdən gətirilən kərə yağının dəyəri 5 dollardan aşağı düşüb – SİYAHI

16.07.2019, 14:06
Xaricdən gətirilən kərə yağının dəyəri 5 dollardan aşağı düşüb – SİYAHI

2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 728,57 milyon ABŞ dolları həcmində yeyintin məhsulları idxal edib. Bu ötən ilki göstəricidən 12,2% çox olması deməkdir.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

İdxal olunan məhsullar arasında kiloqram və ya litri üzrə ortalama çəkilən xərcdə ən çox artım süd məhsulları olub. 2018-ci ilin yanvar-may ayları üzrə 1 litr üzrə xərci 1,52 dollar olduğu halda, 2019-cu ilin eyni dövründə 1,41 dollar olub ki, bu da 11 sent daha baha qiymətə alınmması deməkdir.

Ölkəyə gətirlən kərə yağının qiyməti isə 1 dollara yaxın ucuzlaşaraq hər kiloqramına ortalama 4,99 dollar düşüb.

Bildirək ki, yeyinti məhsullarından olan şəkərin idxalı əhəmiyyətli dərəcədə azaldılıb və yeni statistikada artıq bu səbəbdən əks olunmur. /banker.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol