“Aliment Fondunun yaradılması haqqında Milli Məclisə müraciət etmişəm, bu məsələ bir neçə dəfə illik məruzəmə də daxil edilib”.
Bu barədə APA-nın Gəncə bürosuna Ombusdsman Elmira Süleymanova bildirib.
Onun sözlərinə görə, Aliment Fondunun yaradılması zəruridir: “Çünki ölkədə boşanmaların sayı kritik vəziyyət alır. Aliment Fondu Dövlət Sosial Müdafiə Fondu kimi bir fond olacaq. Boşanan insanlar məhkəmə qərarından sonra bu fonda müraciət edərək aliment pulunu ala biləcəklər. Sonra isə dövlət həmin borcludan məcburi qaydada müəyyən bir prosedurla bu vəsaiti alacaq. Ümid edirik ki, Aliment Fondunun yaradılması öz müsbət həllini tapacaq”.


Şərhlər
Belə luzumsuz fondların xeyri olmaz.Sadəcə olaraq,məhkəmə qərarları ədalətli olmalı və icrası da məcburu olmalıdır.Adam ya işləmir, ya da minumum maaş alır,iki uşaga məhkəmə 450 man. aliment kəsir-bu həm boşanmaları stimullaşdırır, həm də məhkəmə icraşıları uçun faydalı olur.Keçmiş ailə isə zulm çəkir.Təklif edilən fondun yaradılması isə,saxta boşanma hallarını artıracaq.Qanunların işləmədiyi ədalətsiz cəmiyyətlərdə heç bir şeyə nail olmaq olmaz.