“Qarabağ” yay fasiləsində dördüncü transferini reallaşdırıb.
"Report" xəbər verir ki, Ağdam təmsilçisi Maqaye Qeyeni heyətinə qatıb. 29 yaşlı fransalı hücumçu ilə müqavilənin detalları bəlli deyil.
Qeyd edək ki, “Qarabağ” yay fasiləsində braziliyalı müdafiəçisi Ailton Silvanı, mərakeşli cinah oyunçusu Faysal Rerrası və ispaniyalı hücumçu Xayme Romeronu heyətinə qatıb.


Şərhlər