Menu

Gəncədə üç maşın zəncirvari qəza törədib

16.07.2019, 22:29
Gəncədə üç maşın zəncirvari qəza törədib

Gəncə şəhərində 3 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Şah İsmayıl Xatai prospektində "VAZ-2106" və iki "Mercedes" markalı avtomobilin toqquşması nəticəsində 1 azyaşlı yüngül xəsarət alıb.

Toqquşma zamanı hər üç avtomobilə zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol