Menu

"Nazir qucağına dana da götürsə, xeyri yoxdur..." - Sahibkardan ittihamlar 

18.07.2019, 14:00
"Nazir qucağına dana da götürsə, xeyri yoxdur..." - Sahibkardan ittihamlar 

Vaxtilə bir sıra mətubat orqanlarına rəhbərlik etmiş, hazırda sahibkarlıq fəaliyyətilə məşğul olan Şahin Nəcəfov internet kanallarından birinə müsahibəsində ölkədə kənd təsərrüfatının inkişafına mane olan problemlərdən bəhs edib. Onun fikrincə, mövcud problemlər sırasında birici yerdə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin fəaliyyətsizliyi dayanır.

ASC rəhbərliyinin dövlət proqramlarını belə özünün korparativ maraqlarına qurban verdiyini, artezianların rüşvətlə müəyyən şəxslərin sahələrində qazıldığını bəyan edən sahibkar, əkinə yararlı torpaqların heç 30 faizinin belə davamlı və vaxtında su ilə təmin edilmədiyini vurğulayıb.

Ş.Nəcəfov qeyd edib ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin mövcud iş prinsipləri ölkədə kənd təsərrüfatının inkişafını mümkünsüz, bu sahəyə yatırılan investisiyaları səmərəsiz edir.

Sahibkar ölkədə əkinə yararlı torpaqların davamlı su ilə təmin olunması üçün bütün qurumların fəaliyyətinin koordinasiya edilməsinin zəruri olduğunu bildirib.

"AzPolitika" mövzunun aktuallığını nəzərə alaraq, Şahin Nəcəfovun müsahibəsini təqdim edir:

Şərhlər

Bashirov Qarib 2019-07-18 14:00:41

Su və meliorasiya sistemi ölkədə bərbaddır.Son illər budcədən bu sahəyə hər il milyardlarla pul ayrılır.Bu pullardan bir-neçə min manat, su aqreqatlarınını rəngləyib təzə adıyla təqdim edirlər və kiçik kosmetik təmirlə butun milyardları xaricə daşıyırlar.Mövcud su limitinin ən azı yarısı israfçılıqla istifadə olunur. Sovetdən qalma suni su dəryaçaları lildən təmizlənmədiyindən,gucunun10% -dən istifadə olunur. Qış-yaz sularından demək olar ki, istifadə olunmur-su platinaları lillə dolub.Özbaşnalıqdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol