Şimali Karolina Universitetinin professoru Robert Lants danışıb ki, ölümdən sonra insanlar hansısa paralel məkanlara düşür və «dirilmək» şansı əldə edirlər. Alim insanların həyatını bitkilərlə müqayisə edir - bitkilər solurlar ki, yaxın gələcəkdə yenidən çiçəklənsinlər. Lants öz nəzəriyyəsini «biosentrizm»in köməyi ilə sübut edib.
Bundan əvvəl, Kaliforniya universitetinin (ABŞ) əməkdaşları xəbər veriblər ki, paralel dünyalar mövcuddur. Onların bəzilərində Yerdə hələ ki, dinozavrlar məskundurlar, hansındasa İngiltərə hələ ki, Amerikanı müstəmləkəyə çevirməyib…
Mikrohissəciklərin öyrənilməsi alimlərə belə nəticə çıxarmağa əsas verib. Belə ki, mikrohissəciklər eyni zamanda iki materiya halında və deməli, eyni zamanda iki yerdə mövcud ola bilirlər.
AzPolitika.info


Şərhlər