"Rusiya “Tu-95”–lərini tutmaq üçün nə Amerikan və nədə ki, Kanadanın reaktiv qırıcıları havaya qaldırılıb"
Rusiyanın “TU-95” strateji bombardımançı təyyarələri Atlantik okeanında Kanada sahilləri yaxınlığında hərbi təlimlər keçiriblər. ”Washington Free Beacon” informasiya portalının məlumatına görə, nüvə raketlərinin “hədəfi” Amerikan obyektləri olub. Həmin nəşrin qeyd etdiyinə görə, bu təlimlərin keçirilmə vaxtı Uelsdə başlayan NATO sammiti və Rusiya ilə Ukrayna arasındakı böhranın daha da gərginləşməsi ilə üst-üstə düşüb.
Rusiyanın iki “Tu-95” strateji bombardımançı təyyarəsi İslandiya, Qrenlandiya və şimal-şərqi Kanada sahilləri yaxınlığında hərbi təlim keçiriblər. ”Washington Free Beacon” bildirir ki, uçuşların analizı bombardımançıların Amerikan obyektlərinə nüvə raketləri buraxmaq üzrə təlimlər həyata keçirdiklərini göstərir.
Elə məhz keçən həftə rus generalı Yuriy Yakubov Moskvanı ABŞ və NATO-ya qarşı preventiv nüvə zərbələrinin endirilməsini və onların düşmən hesab ounmasını hərbi doktrinaya daxil etməyə çağırmışdı. ”Washington Free Beacon” onun sözlərindən sitat da gətirir: ”Rusiya üçün strateji nüvə gücləri ilə preventiv zərbə endirmək istiqamətində lazım olan şəraitin işlənib hazırlanması vacibdir."

“Washington Free Beacon”-un məlumatına görə, sentyabr ayının ortalarında Rusiya nüvə gücləri də geniş masştablı təlimlərə başlayacaq.
“Washington Free Beacon” yazır ki, Ottava, Nyu-York, Vaşinqton və Norfolkdakı hərbi dəniz bazası “X-55” qanadlı raketləri ilə təchiz edilmiş “Tu-95” bombardımançılarının hədəfinə yaxın məsafədədirlər. Ancaq Kinqz Beydəki balistik raketlərə malik olan sualtı qayıqlar "Tu-95"-in hədəfindən uzaqda yerləşir.
Vaqif NƏSİBOV
AzPolitika.info

Şərhlər