Menu

Bakıda yol qəzası baş verib, ölən və yaralanan var

18.07.2019, 22:12
Bakıda yol qəzası baş verib, ölən və yaralanan var

Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza zamanı hazırda şəxsiyyəti məlum olmayan şəxs ölüb.

Eyni zamanda Kürdəmir rayonu Sığırlı kənd sakini, 1988-ci il təvəllüdlü Ağamalıyev Qürbət Novruz oğlu ağır xəsarət alıb.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol