Menu

"ABŞ Türkiyəyə sanksiya tətbiq etməyəcək" - Trampdan gözlənilməz açıqlama

19.07.2019, 00:06
"ABŞ Türkiyəyə sanksiya tətbiq etməyəcək" - Trampdan gözlənilməz açıqlama

S-400 sistemlərini almasından dolayı Türkiyəyə sanksiya tətbiq etmək barədə düşünmürük.Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Hazırda bu, müzakirə mövzusu deyil”, - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, S-400 almasından dolayı Türkiyəyə sanksiya tətbiq edilməsi, F-35 proqramından çıxarılması, hətta NATO üzvlüyünə xitam verilməsi ilə bağlı fikirlər səslənməkdədir.

Belə görünür ki, Tramp da sanksiya tətbiq etməkləTürkiyəni yolundan döndərə bilməyəcəyini başa düşüb. 

Şərhlər

t.ədalət 2019-07-19 00:06:55

ABŞ Türkiyəni Rusiyanın yemi etməz.Türkiyə Şərqdə elə ABŞ deməkdir.

dadaşyev 2019-07-19 00:06:55

ABŞ Türkiyəni sıxdıqca Türkiyə üzünü Asiyaya döndərir,qırıcıları da vermirsənsə cəhənnəmə ver,onları da Rusiyadan alaram deyir.NATO üzvlüyünə xitam veriləcək,deyə ahəstə bir söz dedisə də,əksinə,Türkiyənin NATO-dan çıxıb Şanxay birliyinə qoşulacağından ehtiyat edir.O zaman NATO Yaxın Şərqdə Türkiyə kimi ən əhəmiyyətli və yeganə üzvünü itirmiş olacaq ABŞ-ın ağılsız hərəkətləri üzündən.Ona görə də Trampı Konqress ağıllandırıb.Yəni biz sənin impiçment məsələni ləğv edək,sən də Türkiyəyə qarşı axmaq davranma.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol