Menu

"Qəbələ"nin Avroliqadakı rəqibi dəqiqləşib

19.07.2019, 00:55
"Qəbələ"nin Avroliqadakı rəqibi dəqiqləşib

2019-2020-ci illər mövsümündə UEFA Avropa Liqasında mübarizə aparacaq “Qəbələ”nin ilk rəqibi müəyyənləşib.

Qol.az-ın məlumatına görə, mübarizəyə II təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Gürcüstanın “Dinamo” klubu ilə qarşılaşacaq. Tiflis təmsilçisi I təsnifat mərhələsində “Enqordani”ni (Andorra) mübarizədən kənarlaşdırıb – 6:0, 1:0.

Komanda ilk oyununu iyulun 25-də evdə keçirəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə olacaq.

Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan "qırmızı qaralar evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol