Menu

“Türkiyənin bu proqramdan xaric edilməsi NATO-nun cənub cinahını zəiflədəcək” – Hülusi Akar

19.07.2019, 09:00
“Türkiyənin bu proqramdan xaric edilməsi NATO-nun cənub cinahını zəiflədəcək”  – Hülusi Akar

Türkiyənin milli müdafiə naziri Hülusi Akar qeyd edib ki, Ankara Vaşinqtonun strateji həmkarıdır.

«Türkiyənin beşinci nəsil ABŞ F-35 qırıcılarının yaradılması proqramından xaric edilməsi NATO-nun imkanlarını zəiflədəcək» - bu barədə cümə axşamı, iyulun 18-də Türkiyənin milli müdafiə naziri Hülusi Akar bəyan edib.

«Türkiyənin F-35 proqramından kənarlaşdırılması xüsusilə, NATO-nun cənub cinahına neqativ təsir göstərəcək» - deyə, «Anadolu» agentliyi ondan sitat gətirir.

Nazir onu da əlavə edib ki, Ankara «ABŞ-ın strateji həmkarıdır və bununla əlaqədar olaraq, ona ümid etmək hüququndadır ki, Vaşinqton ikitərəfli münasibətlərə xələl gətirəcək addımlardan imtina edəcək...»

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol