Menu

Ərəb koalisiyası hərbi əməliyyat keçirib

20.07.2019, 09:42
Ərəb koalisiyası hərbi əməliyyat keçirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmənin üsyançı husilərin nəzarəti altında olan paytaxt əyaləti Sənada hərbi əməliyyat keçirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Turki əl-Malikiyə istinadən Səudiyyənin SPA agentliyi məlumat yayıb.

"Koalisiyanın birləşmiş qüvvələr komandanlığı bu gün səhər (şənbə günü - red.) Səna əyalətində beş hava hücumundan müdafiə sistemi və ballistik raket anbarlarını məhv etmək üçün hərbi əməliyyat həyata keçirib", - deyə əl-Maliki bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol