Menu

Əfqanıstanda 14 "taliban"çı öldürülüb

20.07.2019, 20:40
Əfqanıstanda 14 "taliban"çı öldürülüb

Koalisiya qüvvələri Əfqanıstanın Qəzni və Paktiya vilayətlərində "Taliban" hərəkatının silahlılarına qarşı hava hücumu təşkil ediblər.

"Report" xəbər verir ki, bu barədə "Khaama Press" mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, əməliyyat zamanı 14 silahlı öldürülüb və yaralanıb. Qeyd edilir ki, əfqan hərbçiləri həmçinin silahlıların 4 əldəqayırma partlayıcı qurğusunu müəyyənləşdirərək zərərsizləşdiriblər.

Daha əvvəl "taliban"çılar Əfqanıstan ordusunun generalını öldürüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol