Menu

Təhsildə dəyişməyən problem - Video

09.09.2014, 20:36
Təhsildə dəyişməyən problem - Video

Bu məsələni gündəmə gətirməmək də olardı, əgər hər il oxşar vəziyyətlə qarşılaşmasaydıq

Təhsil naziri dəyişsə də, nazirliyin məktəbli geyimi ilə bağlı siyasəti hələ ki, köklü bir şəkildə dəyişməyib. Yəni, ölkədə vahid məktəbli geyiminə keçid reallaşmadığından bu sahədə vəziyət sözün əsl mənasında qarışıqdır. Və bu qarışıqlıqda hər şey çox aydın görünür. O da məlum olur ki, əvvəl bu sahədə konkret bir qərara nail olmaq, sonra isə o qərarın icrasına başlamaq lazım idi. Bizdə isə əksinə oldu. Vahid məktəbli geyiminə keçməklə bağlı nazirlik hələ 2007-ci ildə müvafiq bir göstəriş verdi. Amma bu göstərişin işləmə mexanizmini yoluna qoymadan, əyalətləri geyimlə təmin etmək üçün “Bakı Tekstil” paytaxt məktəblərini paltarla təmin etmək üçün “Bakı Tikiş Evi”ni yaratdı.

ANS TV-nin məlumatına görə, problem isə xüsusilə ikinci ilə bağlı yarandı. Bu fabrikin tikdiyi paltarlar Bakının əksər məktəblərinin əyninə dar gəldi. Yəni, bəzi imtiyazlı elit məktəblər “Bakı Tikiş Evi” ilə hesablaşmadan öz şagirdlərinə xüsusi geyim sifariş etdilər. Əslində burda adama təəccüblü gələn məsələ də məhz ayrı-seçkiliklə bağlıdır. Sual yaranır ki, niyə hanıssa, məktəb seçimində müstəqil olmalı, başqa bir məktəb isə “Bakı Tikiş Evi”nin paltarını almaq məcburiyyətində qalmalıdır? Hansı ki, qiyməti heç də 50 AZN-dən ucuz deyil. Və üstəgəl ortada ancaq bu fabrikin paltarını geyinməklə bağlı rəsmi sərəncam yoxdursa. Bu məsələni gündəmə gətirməmək də olardı, əgər hər il oxşar vəziyyətlə qarşılaşmasaydıq. Məktəblərdən birində şagirdlərdən aldığı paltarın məhz “Bakı Tikiş Evi”nə məxsus olduğunu sübut etmək üçün qəbz istəyiblər. Maraqlıdır, hansı haqla? Əgər şagird mütləq “Bakı Tİkiş Evi”nin paltarını geyinməlidirsə, bu niyə bütün məktəblərə şamil olunmur? Elə bu sualla da Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov deyir ki, heç bir məktəbdə belə məcburiyyətdən söhbət gedə bilməz. Sadəcə, ola bilər ki, məktəb şurası və ya validyen komitəsi belə bir tövsiyyə verib, tələb isə mümkün deyil. Cəsarət Valehov nazirliyin məktəbli paltarının haradan alınması məsələsinə qarışmadığını deyir.

“Bakı Tİkiş Evi”nin satış dükanlarında isə əsl ajiotaj yaşanır. Alan alır, satan satır. Söhbət etdiyim valideynlərdən əksəriyyəti etiraf edir ki, onlara bu mağazalardan paltar almaq tövsiyyə olunub.

Bu gün “Bakı Tİkiş Evi”nin paytaxtda 19 satış dükanı var. Onların hər birində bu paltarlar satılır. Qiymətlər balacalar üçün 40 AZN, böyüklər üçün 52 AZN-dir.

Ötən il “Bakı Tİkiş Evi” 60 min məktəbli paltarı satıb. Əgər ortada onların təbirincə desək, saxta mallar olmasa, satış daha da çox olar. Misal üçün, Sədərək Ticarət Mərkəzində “Bakı Tikiş Evi”nin mağazası yoxdur, halbuki eynən onun loqası ilə formalar satılır. Qiymət ucuz, keyfiyyət aşağıdır. “Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov da onların istehsal etdiyi paltarlara tələbatın məhz keyfiyyətlə bağlı olduğunu deyir.

"Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov deyir ki, paltarın keyfiyyətilə bağlı bir problem, eyni zamanda da paltarı geyən şagird də allergiya olaması deyə məktəblər bizim “Bakı Tikiş Evi”nin məhsullarını məsləhət görürlər.

Tanış məktəb direktorunun etirafını da deməsəm olmaz. O, deyir ki, rayon təhsil şöbəsinin ona sırıdığı yüz dəst məktəbli paltarını heç cür satıb ortaya çıxa bilmir. Valideynlər almaqdan imtina edir. O, da məcburdur ki, bu pulu yavaş-yavaş özü öz maaşından ödəsin. Çünki, işini itirməkdən qorxur. Deməli, burda əsas məsələ həm də varlanmaqdır. Biliyi ən böyük var-dövlət sayan müdriklərimiz bu çılpaq həqiqətə nə vaxtsa, paltar geyindirəcəyimizi görünür nəzərə almayıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol