Poroşenko vilayət rəhbərlərini bir araya toplayır
Bu gün Ukrayna Nazirlər Kabinetinin iclası olacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti açıqlama yayıb.
İclasda Ukrayna prezidenti Petro Poroşenko, Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov, vilayət dövlət administrasiyalarının sədrləri iştirak edəcəklər.
İclasda Ukraynanın hazırkı vəziyyəti və ölkənin şərqində baş verən proseslərin müzakirə olunacağı gözlənilir.


Şərhlər