ABŞ rəsmisi regiondakı vəziyyət və İŞİD-i müzakirə edəcək
Bu gün Amerika Birləşmiş Ştatlarının dövlət katibi bu gün Yaxın Şərqə yola düşür.
ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri İordaniya və Səudiyyə Ərəbistanına səfər edəcək.
Səfərin zamanı İraqdakı mövcud vəziyyət və İŞİD terror quplaşmasının fəaliyyətinin müzakirə ediləcəyi gözlənilir. O, səfər çərçivəsində İordaniya və Səudiyyə Ərəbistanı rəsmiləri və alyansın digər üzvləri ilə görüşəcək.
Dövlət katibi ötən gecəki çıxışında İŞİD-ə qarşı birləşməyin, onlara maliyyə göstərən xarici qrupların əlaqəsinin dayandırılmasının əhəmiyyətini vurğulayıb.
Kerri, həmçinin İraq parlamentinin yeni hökuməti təsdiq etməsini də yüksək qiymətləndirib.


Şərhlər