Menu

Almaniya silahlanma xərclərini artırmağa hazırlaşır 

23.07.2019, 00:01
Almaniya silahlanma xərclərini artırmağa hazırlaşır 

Almaniyanın yeni müdafiə naziri Anneqret Kramp-Karrenbauer bəyan edib ki,  Almaniya sihahlanmaya çəkilən xərcləri artırmalıdır.

Nazirin sözlərinə görə, Berlin NATO-nun bu xərcləri ölkənin ümumi daxili məhsulunun (ÜDM) 2,0 faizinə qədər artırmaq tələbini qəbul edib, amma aydındır ki, bu məqsədə birdən-birə çatmaq mümkün deyil - istiqamət üzrə fəaliyyət isə dəqiq olmalıdır.

Bundan əvvəl, Almaniya müdafiə xərclərinin 2024-cü ilə qədər ÜDM-in 2,0 faizi həcminə qaldırmaq planını bəyan etmişdi. Ancaq 2020-ci ilin büdcəsində bu xərclər yalnız 1,37 faiz həcmində nəzərdə tutulub, 2023-cü ilə isə bu pay 1,25 faizə qədər enməlidir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol