Menu

Ukraynada küçələrdən birinə Müslüm Maqomayevin adı verilib

24.07.2019, 14:38
Ukraynada küçələrdən birinə Müslüm Maqomayevin adı verilib

Ukraynanın Dnepr şəhərində küçələrdən birinə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ xalq artisti Müslüm Maqomayevin adı verilib.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, Dnepr Şəhər Şurasının deputatları Sobornı rayonunda yerləşən 8 Mart küçəsinə Müslüm Maqomayevin adının verilməsi barədə qərar qəbul ediblər.

Qeyd edək ki, həmin küçəyə M. Maqomayevin adının verilməsi təklifi ilə “Dnepropetrovşina azərbaycanlılarının Liqası” təşkilatı çıxış edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol