Xəzər dənizində 12 yaşlı yeniyetmə batıb.
"Report"un məlumatına görə, hadisə Abşeron rayonundakı Novxanı çimərliyində qeydə alınıb.
Belə ki, valideyn nəzarətindən yayınan 2007-ci il təvəllüdlü Bayram Kərimli qadağan olunmuş ərazidə çimərkən boğulub.
Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər