Menu

Bazarlarda sunami xəbərdarlığı

10.09.2014, 11:27

neft fonduAzərbaycanın Dövlət Neft Fondu (ARDNF) da sunaminin baş verə biləcəyi gözlənilən bazarın iştirakçısıdır.

Qlobal böhrandan sonra dünyada mərkəzi bankların faizləri sıfıra yaxın səviyyələrə endirməsinin ardından, ölkələrin sərmayə fondları əllərindəki pulu artırmaq üçün müxtəlif sahələrə yönəltmək məcburiyyətində qalıblar.

Sərmayəçilər, dövlət istiqrazlarının gəlirliliyi (faizləri) dibə düşdüyündən, ölkə sərmayə fondlarının birjalar və yüksək gəlirliliyi olan əmlak sektoru kimi sahələrə fokuslandığına, bunun da dünya iqtisadiyyatında balansı poza biləcəyinə diqqət çəkirlər. Bu barədə CNBC yazıb.

Sərmayə dünyasının içində olan şəxslər, bu fondlardan gələn pul axışının maliyyə gerçəklərindən daha çox siyasi prioritetlərə görə hərəkət etdiyindən birjalarda təhlükə yaratdığına da diqqət çəkirlər. Mütəxəssislərə görə, fondların pul axışları bazarlarda “qiymət şarları” da yaradır.

DÜNYA İQTİSADİYYATININ 40%-ni İDARƏ EDİRLƏR

Ölkələrin sərmayə fondları 29,1 trilyon dollar kimi bir pulu idarə edirlər və bu qlobal iqtisadiyyatın 40%-nə bərabər gəlir. Pul və Maliyyə Təşkilat Forumu OMFIF-yə görə 157 mərkəzi bank, 156 dövlət pensiya fondu və 87 ölkənin sərmayə, neft fondu bu pulu idarə edənlər arasındadır.

PULLARI HARADAN GƏLİR?

Ölkələrin sərmayə fondları əsasən pulları təbii ehtiyatların satışından əldə edirlər. Məsələn, Norveç, neft ehtiyatları səbəbi ilə dünyanın ən böyük fondunu idarə edir. Bəzi ölkələrin sərmayə fondlarının gəlir mənbəyi isə istehsala söykənin ixracdır. Bunun ən gözəl nümunəsi Çindir.

Beynəlxalq bazarlarada Azərbaycanın investisiya yatıran ən böyük fondu Dövlət Neft Fondudur. Fondun investisiya portfelinə istiqrazlar (85%-i), səhmlər, qızıl və daşınmaz əmlaka investisiyalar daxildir. 30 İyun 2014-cü il tarixinə olan məlumata görə, ARDNF-in investisiya portfelinin 55,18%-i Avropada, 19,56%-i Şimali Amerikada, 12,13%-i Asiya və Sakit Okean regionunda, 5,03%-ni Cənubi Amerikada, 1,05%-i Yaxın Şərqdə, 0,01%-ni Afrikada, 6,84%-ni beynəlxalq maliyyə təşkilatlarında yerləşdirilib. /marja.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol