Menu

Azərbaycanın irəliləməsinin səbəbi - Zimbabvenin geriləməsi

25.07.2019, 13:01
Azərbaycanın irəliləməsinin səbəbi - Zimbabvenin geriləməsi

Milli komandaların FİFA reytinqi açıqlanıb.

APA-nın məlumatına görə, siyahıda dünyanın 211 yığması yer alıb.

Azərbaycan yığması 1188 xalla 109-cu pillədə qərarlaşıb. Nikola Yurçeviçin yetirmələri hesabat dövründə heç bir rəsmi oyun keçirmədiyi üçün komandamızın xal hesabı iyunun 14-dəki ilə müqayisədə dəyişməyib.

Lakin millimiz 1 pillə irəliləyib. Yığmamızın 110-cu sıradan bir addım yüksəlməsi Zimbabvenin geriləməsi sayəsində mümkün olub. Komandamız 109-cu yerə Bəhreynlə şərikdir.

Qeyd edək ki, siyahının ilk “üçlüy”ündə Belçika (1746), Braziliya (1726) və Fransa (1718) milliləri başçılıq edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol