Menu

Bakı-2019: Azərbaycan velosipedçisi finişə çatmayıb

25.07.2019, 13:51
Bakı-2019: Azərbaycan velosipedçisi finişə çatmayıb

Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında qız velosipedçilər sonuncu yarışına çıxıblar.

APA-nın məlumatına görə, idmançılar şose yürüşündə sürətlərini yoxlayıblar.

50 km məsafəyə qrup ötüşməsində Azərbaycanı Lalə Əbdürəhmanova, Məleykə İsgəndərova və Gülşən İsmayılova təmsil ediblər.

Onlardan ən yaxşı nəticəni L. Əbdürəhmanova göstərib. Məsafəni 1 saat 31 dəqiqə 35 saniyəyə qət edən təmsilçimiz 58-ci olub. Ondan 0,1 saniyə geri qalan M. İsgəndərova 59-cu yeri tutub.

75 velosipedçinin qatıldığı mübarizədə 3 nəfər finişə çatmayıb. Onlardan biri Azərbaycan idmançısı G. İsmayılova olub.

Yarışın qalibi adına isə Zoe Bakstedt yiyələnib. Böyük britaniyalı velosipedçi 1 saat 21 dəqiqə 00,00 saniyə nəticəyə imza atıb.

Qeyd edək ki, festivalda velosiped yarışlarına oğlanların qrup ötüşməsi ilə yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol