Menu

Şamaxıda 21 yaşlı oğlan özünü asıb

25.07.2019, 18:50
Şamaxıda 21 yaşlı oğlan özünü asıb

Şamaxıda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün saat 15:30 radələrində rayonun Sabir qəsəbəsindəki fermada qeydə alınıb.

Ağdaş rayon sakini, 21 yaşlı Dəyanət İsrafilov özünü kəndirlə asaraq intihar edib. Təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol