Menu

Yunanıstandan növbəti türk düşmənçiliyi

10.09.2014, 14:26
Yunanıstandan növbəti türk düşmənçiliyi

Yunanıstan parlamenti yeni qanun qəbul edib.“Media forum” xəbər verir ki, qanun irqçilik, ksenofobiya zəminində zorakılığı qızışdırmağa və yunanların, ermənilərin “soyqırımı”nı, Xolokostu, nasizmi inkar etməyə görə məsuliyyət nəzərdə tutur.

Qanuna görə, “soyqırımı”nı inkar edənlər 3 aydan 3 ilədək həbs cəzası ilə cəzalandırılacaqlar.

Bu, insanlıq əleyhinə cinayətləri, hərbi cinayətləri, Xolokostu və nasizmi inkar edənlərə də aiddir.

Parlamentin deputatları və məmurlar bu cür hərəkətlərə yol versələr, onları 3 ildən 5 ilədək həbs cəzası gözləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol