Fövqəladə Hallar Nazirliyi (FHN) FHN İranın yük gəmisinin qəzaya uğraması ilə bağlı məlumat yayıb.
FHN-dən APA-ya bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xəzər dənizinin, Astara rayonu sahillərindən 30 km dənizə İran İslam Respublikasının bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin qəzaya uğraması barədə məlumat daxil olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin iki helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.


Şərhlər