Menu

VİLAYƏT EYVAZOV GƏNCƏDƏ - Fotolar

27.07.2019, 14:03
VİLAYƏT EYVAZOV GƏNCƏDƏ  - Fotolar

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov iyulun 26-27-də Gəncə Şəhər Baş Polis İdarəsində daxili işlər orqanlarının fəaliyyətinə və səlahiyyətinə aid məsələlərlə əlaqədar növbəti qəbul keçirib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, nazir Baş Polis İdarəsində Gəncə də daxil olmaqla respublikanın Qərb bölgəsinin 10 şəhər və rayonundan, eyni zamanda, həmin zonada məskunlaşmış qaçqın və məcburi köçkünlərdən qəbul üçün müraciət edən 49 vətəndaş ilə görüşüb.

General-polkovnik V.Eyvazov onların polisin fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün Nazirliyin aidiyyatı baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Şərhlər

sual 2019-07-27 14:03:23

ə bə yazin tərifləyin də bə niyə susmusuz axi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol