Menu

Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edir?

28.07.2019, 16:55
Azərbaycanda sərnişinlər ən çox hansı nəqliyyat növündən istifadə edir?

2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyatçılar 967,3 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz çox sərnişinə xidmət göstəriblər.

Trend-in məlumatına görə, sərnişinlərin 87,7 faizi avtomobil nəqliyyatı, 12,1 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 72,2 milyon ton yük daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9 faiz artım qeydə alınıb.

Sərnişinlərin 96,0 faizi avtobus, 4,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 1,5 faiz azalaraq 116,6 milyon nəfər olub.

Hava nəqliyyatı ilə 1 milyon 127,5 min və ya 6,3 faiz çox sərnişin daşınıb.

Şərhlər

dadaşyev 2019-07-28 16:55:04

Avropada ən çox tramvay,metro və trolleybusdan istifadə edər millət.Praqada tramvayların,Budapeştdə avtobusların hərəkət cədvəliylə millət saatını düzəldir.Buxaresti,Sofiyanı başdan-başa ucuz tramvayla gəzmək mümkündür.Biz isə müstəqilliyimizin ilk illərindəcə Bakının yaraşığı olan tramvay və trolleybusların təpəsinə qapaz ilişdirdik.Başı qarlı dağlar başında,iri və xırda buynuzlu mal-qara otlayan laləli çəmənliklərdə belə əcaib nəqliyyat vasitələri görməmişdik deyə dedik "bahooo!bu nədəəə?!",sökün.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol