ADEX-2014-də 200-dən artıq şirkətin nümayəndə heyəti iştirak edəcək
Bakıda keçirldəcək ADEX-2014 beynəlxalq sərgisində dünyanın 30-dan artıq ölkəsi təmsil olunacaq.
Sərgidə dünyanın silah-texnika istehsal edən 200-dən artıq şirkəti, o cümlədən 19 ölkədən 22 rəsmi nümayəndə heyəti iştirak edəcək. Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail və Ukraynanın 8 milli qrupu öz ekspozisiyalarını nümayiş etdirəcəklər.
Əsas diqqət Azərbaycan müdafiə sənayesinin istehsal etdiyi məhsullarda olacaq. Sərgi çərçivəsində ölkələr arasında sazişlərin imzalanması da gözlənilir.
Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev bildirib ki, ildən-ilə Azərbaycan müdafiə sənayesinin istehsal imkanları artır və sərgidə Azərbaycan tərəfindən 168 adda məmulat - aviabombalar, atıcı silahlar, zirehli texnika üzərində qurulan qüllələr və digər məmulatlar nümayiş etdiriləcək.
Yəhya Musayev həmçinin vurğulayıb ki, bu sərginin keçirilməsi dünyada Azərbaycan xalqının nüfuzunun artmasından xəbər verir. Çünki, Beynəlxalq Müdafiə Sənayesi sərgisi ancaq inkişaf etmiş ölkələrdə keçirilir.


Şərhlər