Menu

"Putin sanksiyaları hiss etməlidir"

10.09.2014, 18:30
"Putin sanksiyaları hiss etməlidir"

Washington Post qəzeti yazır ki, Putinin Ukraynada uğur qazanmasına imkan vermək olmaz.

Elə etmək lazımdır ki, o, sanksiyaların ağrısını hiss etsin.

Qəzet yazır ki, Putin də öz növbəsində Qərb alyansını parçalamağa çalışır və elə etmək istəyir ki, alyans tərpənə bilməsin.

Qəzetin fikrincə, Qərb sanksiyalarda fasilə verə bilər. Ancaq bir şərtlə ki, Rusiya Ukraynanın suverenliyinə təcavüzünü dayandıra.

Qəzet xəbərdarlıq edir ki, Qərbin birliyi dağılsa, onda Putinin təcavüzünün davam edəcəyi heç kim üçün gözləniməz olmasın.  /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol