Ağdaşda su kanalında batan şəxsin meyiti tapılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, 22 yaşlı Ağdaş şəhər sakini Nurlan Məmmədovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən suda batdığı yerdən təxminən 200 metr aralıda aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.
Ağdaş sakininin çimərkən ehtiyatsızlıq etdiyi və suda boğulduğu bildirilir.


Şərhlər