Menu

Su-57 qırıcılarının kütləvi istehsalına başlanıb

30.07.2019, 08:30
Su-57 qırıcılarının kütləvi istehsalına başlanıb

Rusiya Federasiyasında (RF) beşinci nəsil Su-57 qırıcılarının kütləvi istehsalına başlanıb. İşlər «Suxoy» şirkətində aparılır. Bu şirkət Birləşmiş aviatikinti korporasiyasına (BAK) daxildir.

Xəbərə görə, Baş nazirin müavini Yuri Borisovun aparatında danışıblar ki, «Suxoy» Rusiya hərbi-kosmik qüvvələri ilə bağlanmış müqavilənin icrasına başlayıb. HKQ-ə 76 «suşka»nın tədarükü barədə dövlət kontraktı «Ordu-2019» forumunda imzalanıb.

Borisovun aparatında həm də əvvəl bəyan olunmuş ilk qırıcının tədarük müddətini təsdiqləyiblər. Onu sifarişçiyə cari ilin axırına qədər təhvil verəcəklər.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol