Menu

Pərviz Həşimli sərhəddən geri qaytarılıb

30.07.2019, 14:59
Pərviz Həşimli sərhəddən geri qaytarılıb

Gununsesi.org xəbər saytının baş redaktoru Pərviz Həşimli ölkədən kənara buraxılmayıb. Bu barədə baş redaktorun özü sosial şəbəkədəki hesabında yazıb:

"Bir il əvvəl “Gəncə İşi” ilə bağlı Bakı Şəhər Prokurorluğu tərəfindən ölkədən çıxışıma qoyulan məhdudiyyət hələ də qüvvədə qalır. Bu məsələ ilə bağlı 2 ay əvvəl Baş Prokuror Zakir Qaralova etdiyim müraciət KİV-də işıqlandırılandan sonra məni Baş Prokurorluğa dəvət etdilər.

Rəhbərliyin adından bildirdilər ki, sizə qoyulan məhdudiyyət götürüləcək, hər hansı mənfi münasibətdən söhbət gedə bilməz. Nəhayət, bu gün Azərbaycan-Rusiya sərhəddində məhdudiyyətin götürülməsinə əmin olmaq istədim. Məlum oldu ki, məhdudiyyət hələ də qüvvədədir. Xaçmazdakı Xanoba sərhəd buraxılış məntəqəsindən məni geri qaytardılar. Məsələ ilə bağlı Baş prokurorun müavini cənab Rüstəm Usubovun mobil telefonuna zəng etdim. Fikirlərim sonadək dinlənilmədən telefonun dəstəyi asıldı.

P.S. Bu məhdudiyyət məhkəmə qərarı olmadan tətbiq edilib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol