Menu

17 yaşlı qız intihar edib

30.07.2019, 16:15
17 yaşlı qız intihar edib

Zaqatalada 17 yaşlı qız intihar edib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün rayonun Əliabad qəsəbəsində 2002-ci il təvəllüdlü Gülər Vüqar qızı İsmayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki tövlədən asılı vəziyyətdə tapılıb. G. İsmayılovanın intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol