“MƏNİM DƏDƏMDƏN ORDU QALMIŞDI Kİ?...” - “Şuşaya hücuma hazırlaşan ordunu Bakıya gətirdilər”

Son günlər iqtidar və müxalifət düşərgələri arasında Xalq Cəbhəsi hakimiyyəti dövründə baş verənlər, eləcə də Qarabağ döyüşlərində kimlərin və necə iştirak etdiyi barədə qızğın polemika müşahidə edilməkdədir.

“AzPolitika.info”-nun məlumatına görə, tərəflər bir-birini fərarilikdə, qorxaqlıqda, məsuliyyətsizlikdə və digər əməllərdə, hətta cinayətlərdə günahlandırırlar. Baxmayaraq ki, hər iki tərəfdə əldə silah Qarabağın müdafiəsində iştirak etmiş adamların sayı barmaqla sayılacaq qədər azdır. Nə üzdə olan müxalifət liderləri, nə də hakimiyyətin aparıcı simaları döyüşçü kimi Vətənin müdafiəsində iştirak etməyiblər və bu, bizim bir xalq olaraq ən əsas bədbəxtçiliklərimizdən biridir...

Belə ikrah doğuran polemikanın getdiyi günlərdə internet televiziyalarından birinə müsahibə verən o dövrün müdafiə naziri Rəhim Qazıyev həmin vaxt baş verən bəzi hadisələrə aydınlıq gətirməyə çalışıb. R.Qazıyev qeyd edib ki, həmin vaxtlarda hakimiyyətə gələn Cəbhə liderlərini yalnız hakimiyyət düşündürüb. O dövrdə gənc olmalarına baxmayaraq, indiki müxalifət liderləri əldə silah Qarabağın müdafiə olunmasına yollanmayıblar.

R.Qazıyevin açıqlamaları bu mövzudakı iqtidar-müxalifət polemikası kontekstində aktual göründüyündən, onun müsahibəsinin həmin hissəsini diqqətinizə çatdırırıq:

635x100

Şərhlər

hərbici pensiyacı 2019-07-30 19:10:51

rəhim bəy olsunki siz ermənipərəst birisi xalq düşməni deyilsiz ancaq siz hansı agılla hərbi sahədə sıfır ola ola MN postuna yiyələnib bu qədər səhvlər buraxıb belə fəlakətlərə səbəb olurduz indi nə deyirsiz danışırsız bu sizin əməllərinizə hec bir faizdə bəraət vermir.sizdə sırf cəbhəci idiniz və sizin ətrafınız hamısı hərb sözünü düz əməlli eşitməmiş donqili hərbicilər idi.səhvlərinizdən biridə budur.hakimiyyət hərisliyi gözünüzü örtmüşdü ətrafı görmürdüz.burda yazmaga imkan yoxdu günahlarıvızı rənkləməyi

t.ədalət 2019-07-30 19:10:51

Rəhim Qazıyevin kimliyi Ruysiya tərəfindən MTN-nin həbsxanasından qaçırılandan sonra tam aydın oldu.Bu adam törətdiyi cinayətləri ört- basdır etməkdən yorulmur.Ayaz Mütəllibovun "sağ əli" olan Bakı meri Rüfət Ağayevlə,keçmiş trolleybus parkının direktoru Baba Nəzərli ,seperatçı Əlikram Hümbətov və onlarla qeyriləri ilə əlbir olub törətdiyi cinayətləri gizlədir.Axı,hərbi məsələni bilməyən adamın Müdafiə naziri postunu zəbt etməsi özü xəyanətdir.Burda,əlbəttə, ona aid cinayətləri sadalamaq fikrində olmadım..

EJDER 2019-07-30 19:10:51

AYE,RAHIM QAQA,SEN KIWI ADAMSAN.HALAL OLSUN SENE.SATQINLARI HAMI TANIRIR. WUBHESIZKI, HEQIQET BIR GUN ,PARILDAYAJAQ. ALLAH BUNU DEYENI REHMET ELESIN.BU URUS PRIBALTIKANI BOWUNA BURAXDI...NE ISE WIROKO WAQAYET AZEBIJAN,MARC MURC,DOROQOY LEONID ILIC BREWNEV...RAPOTLAR,KECICI BAYRAQLAR YADDAN CIXMAYIF ,AYE

Mehdi 2019-07-30 19:10:51

Son yazılar