Menu

Fələstin İsraillə imzalanmış sazişlərə xitam verilməsi üçün komissiya yaradıb

30.07.2019, 17:59
Fələstin İsraillə imzalanmış sazişlərə xitam verilməsi üçün komissiya yaradıb

Fələstin İsraillə imzalanmış sazişlərə xitam verilməsinə dair qərarların icrası edilməsi üçün komissiya yaradıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Azadlıq Hərəkatının İnqilab Şurasının sədri Məcid Əl-Fətyani deyib.

Əl-Fətyani bildirib ki, komissiya 1993-cü ildən bəri İsraillə imzalanmış sazişlərə baxacaq.

Qeyd edək ki, iyulun 25-də Fələstin lideri Mahmud Abbas Yerusəlim (Qüds) ətrafında yerləşən Fələstin kəndi, Vadi Humusda israillilərin söküntü işləri aparmasına cavab olaraq İsrail tərəfi ilə imzalanmış sazişlərin dayandırılmasına qərar verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol