Azərbaycanın bank sektoru bu ilin I yarısında 433,3 milyon manat xalis mənfəət əldə edib.
“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,9 dəfə çoxdur.
Yanvar-iyun aylarında bankların əməliyyat gəlirləri 1 326,6 milyon manat (ötən ilin eyni dövrünə nisbətən 21,4% çox), əməliyyat xərcləri 840,9 milyon manat (7,25% çox), xüsusi ehtiyatlara ayırmaları 39,2 milyon manat (84,8% az), digər gəlirləri 21,3 milyon manat (19,4 dəfə çox), mənfəət vergisi ödəmələri isə 34,4 milyon manat (2,3 dəfə çox) təşkil edib.


Şərhlər
Əməliyyat gəlirləri yarım ildə 1,3 milyard. Nə gözəl soygunçuluq numunəsi.Soruşan da yoxdur ki bu necə baş verir.Təxminən belədir-10 milyon kimlərəsə kredit ver, 25-40% artıgı ilə geri al,anındaca 2,5-4milyon əməliyyat gəliri əldə et.İlin sonuna da bir-neçə nəfərə yuz milyonlarla mənfəət əldə et.Bu mənfəətlər hesabına da ailələr dagılır,intiharlar baş verir,milyonlarla ailənin həyatı qaralır. Kimin nə vecinə,təki bir neçə nəfərin gözu doysun.