Menu

Göygöldə "Niva" körpüdən aşıb, yaralılar var

30.07.2019, 22:47
Göygöldə "Niva" körpüdən aşıb, yaralılar var

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Üçtəpə ərazisi ilə hərəkətdə olan "Qazel" markalı yük maşını "Niva" ilə toqquşub.

Zərbənin gücündən "Niva" körpüdən aşıb. Qəza nəticəsində minik maşınında olan 2 nəfər ağır yaralanıb. Yaralılar xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol